AOK İcraiyyə Komitəsinin iclası keçiriləcək

AOK İcraiyyə Komitəsinin iclası keçiriləcək

Yanvarın 20-21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Iclasda AOK-un İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edəcək.

İcraiyyə Komitəsinin iclasında komitənin baş katibi və xəzinədarı adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər.

İclasda Bakı-2015 birinci Avropa Oyunları və Gürcüstanda keçirilən Avropa Yeniyetmələrnin 13-cü Avropa Olimpiya Festivalı, həmçinin növbəti Olimpiya Festivalının təşkili müzakirə olunacaq.

Avropa Olimpiya Komitəsinin İspaniyanın Tarraqona şəhərində keçiriləcək 37-ci seminarı da gündəlikdə olan məsələlər sırasındadır.