Tokio-2020 üçün medallar nədən hazırlanacaq?

Tokio-2020 üçün medallar nədən hazırlanacaq?
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilatçıları yeniliyə imza atmaq fikrindədirlər. Olimpnews.az-ın "The Daily Telegraph” qəzetinə istinadən məlumatına görə, təşkilatçılar mötəbər idman yarışı üçün medalları mobil telefon və kompüter tullantılarından ibarət materiallardan hazırlamaq niyyətindədirlər. Bu halda "Tokio-2020” Yay Olimpiya Oyunları mükafatçıları üçün qızıl, gümüş və bürünc medallar əlvan metaldan deyil, elektronika - xüsusilə mobil telefon və kompüter tullantılarından ərsəyə gətiriləcək.

Məlumata görə, bu addım "İqtisadi sabitlik” proqramına dəstək olaraq atılacaq. Artıq sözügedən konsepsiya cari ayda yerli Təşkilat Komitəsi və Beynəlxalq Olimpiya Komitəsinə təsdiq üçün təqdim olunacaq.