Vitali Mutko: “Bakı-2015 Avropa Oyunları Olimpiya Oyunları ilə eyni səviyyədə təşkil olunmuşdu”

Vitali Mutko: “Bakı-2015 Avropa Oyunları Olimpiya Oyunları ilə eyni səviyyədə təşkil olunmuşdu”



Rusiyanın idman naziri Vitali Mutko 2015-ci ilin iyun ayında Bakıda keçirilən I Avropa Oyunları haqda öz təəsüratlarını bölüşüb. 

Vitali Mutko "Moskva-Baku” portalına verdiyi müsahibəsində Bakı-2015 Avropa Oyunlarının digər irimiqyaslı yarışlarda olduğu kimi peşəkar idmançıların hazırlanması istiqamətində mühüm rol oynadığını deyib.
"Atlet məşq edərək gözəl formada ola bilər. Lakin həmin idmançının səviyyəsini qiymətləndirmək üçün onun bu cür ciddi idman tədbirlərində iştirakı zərurudir”, – Mutko deyib.

Nazirin sözlərinə görə, Bakının ev sahibliyi etdiyi Avropa Oyunları rusiyalı gənc idmançıların əvəzolunmaz təcrübə qazanmasında böyük rol oynayıb. "I Avropa Oyunları idman karyeralarına yeni başlayan gənc idmançılar üçün böyük təcrübə rolunu oynadı. İdmançılar öz istedad və bacarıqlarının nümayiş etdirə bildilər. Biz yeni simalarla qarşılaşdıq”, – Rusiya idman naziri bildirib.

Rusiyanın idman naziri Bakı-2015 Avropa Oyunlarını yarışların təşkili və səviyyəsinə görə Olimpiya Oyunları ilə bərabər səviyyədə qiymətləndirib. "Bakı-2015 Avropa Oyunları Olimpiya Oyunları ilə eyni səviyyədə təşkil olunmuşdu. İnfrastruktur dünya səviyyəsində idi. İdman obyektləri, stadionlar, çoxfunksiyalı yarış zalları, gözəl hovuz - bütün bunlar insanda xoş təəssürat oyadırdı. Burada bir məqamı qeyd etmək istəyirəm ki, yüksək idman infrastrukturunun inkişafı, birinci Avropa Oyunlarının gözəl irsi Azərbaycana gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi etmək imkanı verir”, – Vladimir Mutko deyib.