İraq millisi Olimpiadaya vəsiqə qazanıb

İraq millisi Olimpiadaya vəsiqə qazanıb

İraqın kişilərdən ibarət futbol komandası U-23 Asiya çempionatında 3-cü yer uğrunda Qətəri məğlub edib.

Olimpnews.az saytının məlumatına görə, bu qələbə iraqlılara Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ verib. Xatırladaq ki, Yaponiya və Cənubi Koreya milli komandaları da olimpiadaya vəsiqə qazanıblar.