Azərbaycan güləş yığması IV İslam Həmrəyliyi Oyunlarını 23 medalla başa vurub
BOK
23.05.2017, 13:43

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları mayın 17-21-də keçirilib. Heydər Əliyev adına İdman Arenasında təşkil edilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparıb.
"Olimpnews.az" xəbər verir ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz IV İslam Həmrəyliyi Oyunlarında 8 (4 qızıl, 1 gümüş, 3 bürünc) medala sahib olublar. Belə ki, güləş yarışlarının ilk günündə yunan-Roma güləşi üzrə 59 kq, 71 kq, 80 kq və 98 kq çəki dərəcələrində mübarizə aparan pəhləvanlar xalça üzərinə çıxıblar. İdmançılarımız günü 4 medalla başa vurublar. 98 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Nuriyev IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. Rafiq Hüseynov (80 kq) yarışları gümüş medalla başa vurub. Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) isə bürünc medala sahib olublar. İkinci yarış günündə 66 kq, 75 kq, 85 kq və 130 kq çəkidə güləşçilər qüvvələrini sınayıblar. Pəhləvanlarımız günü 3 qızıl və 1 bürünc medalla başa vurublar. Kamran Məmmədov (66 kq) milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb. Güləşçimiz həlledici mərhələdə Qırğızıstan güləşçisi Janat Kyılbayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl (1 dəq 40 san) 9:0 hesabı ilə güləşçimizin xeyrinə başa çatıb. Azərbaycan komandasının aktivinə 54-cü qızıl medalı isə Elvin Mürsəliyev (75 kq) qazandırıb. İdmançımız finalda Türkiyə idmançısı Furkan Bayrakı mübarizədən kənarlaşdırıb. Güləş yarışlarının ikinci günündə 3-cü qızıl medala İslam Abbasov (85 kq) sahib şıxıb. İdmançımız gərgin idman mübarizəsi şəraitində final görüşündə oyunda Türkiyə təmsilçisi Ali Cengizi 3:1 hesabı ilə məğlub edib. Sabah Şəriəti (130 kq) bürünc medal uğrunda görüşdə Raja Alkradla (Suriya) üz-üzə gəlib və 9:0 hesablı qələbə ilə görüşdən qalib ayrılıb. Beləliklə, yunan-Roma güləşçilərimiz iki yarış gününü ümumilikdə, 8 (4 qızıl, 1 gümüş və 3 bürünc) medalla başa vurublar.
Mayın 19-20-də medallar uğrunda sərbəst güləşçilərimiz qüvvələrinin sınayıblar. Pəhləvanlarımız yarışları ümumilikdə 7 (4 qızıl, 2 gümüş və 1 bürünc) medalla başa vurublar. Sərbəst güləşçilərimiz ilk gündə 3 (2 qızıl, 1 gümüş) medala sahib olublar. Qızıl medalları komandamıza Mahir Əmiraslanov (57 kq), Nurmaqomed Hacıyev (97 kq) və Maqomed Müslimov (65 kq) qazandırıblar. Pəhləvanlarımız ikinci gündə daha 4 medala (2 qızıl, 1 gümüş və 1 bürünc) yiyələniblər. Hacı Əliyev (61 kq) və Cəmaləddin Maqomedov (125 kq) fəxri kütrsünün ən yüksək pilləsində yer alıblar. Murtazali Müslimov 70 ( kq) gümüş, Şərif Şərifov (86 kq) isə bürünc medal qazanıb.
IV İslam Həmrəyliyi Oyunlarının 9-cü günündə qadın güləşçilərimiz mübarizə aparıblar. 8 çəki dərəcəsinin hər birində təmsil olunan yığmamız aktivinə növbəti medalları yazdırıb. Yığmamız yarışları 8 (4 qızıl, 3 gümüş və 1 bürünc) medalla başa vurub. Qızıl medalları komandamızın aktivinə Mariya Stadnik (48), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) yazdırıb. Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq) və Səbirə Əliyeva (75 kq) yarışları gümüş medalla başa vurublar. Elmira Qəmbərova (63 kq) isə bürünc medala sahib olub. Beləliklə, Azərbaycan güləş yığması IV İslam Həmrəyliyi Oyunlarını 23 (12 qızıl, 6 gümüş və 5 bürünc) medalla başa vurub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
Bugün, 12:50 MOK
-
Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir
Bugün, 11:25 Futbol
-
Basketbol Liqasında ikinci tur başlayır
Bugün, 11:08 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
Bugün, 10:54 Cüdo
-
8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
Bugün, 10:35 Boks
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
08.10.2026, 18:40 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
08.10.2026, 15:55 MOK
-
Cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
08.10.2026, 15:47 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
08.10.2026, 15:16 Cüdo
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
08.10.2026, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
08.10.2026, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
08.10.2026, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
08.10.2026, 10:31 Olimpiya dünyası
-
Dünya çempionatında beşinci yarış gününə start verilir
08.10.2026, 10:03 Cüdo
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
07.10.2026, 18:16 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
07.10.2026, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
07.10.2026, 10:48 Futbol
-
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
07.10.2026, 10:34 Boks