Yaponiyanın baş naziri həmkarının təklifini rədd etdi

Yaponiyanın baş naziri həmkarının təklifini rədd etdi




Yaponiyanın baş naziri Şinto Abe türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanın xahişini rədd edib. Ankarada görüşən iki baş nazirdən biri- Ərdoğan digərindən Tokionun 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürməsini istəyib.
Türkiyənin baş naziri öz fikrini belə əsaslandırıb: "Tokio əvvəllər də olimpiadaya ev sahibliyi edib. İstanbul isə hələ bu şərəfə nail olmayıb. İnanıram ki, təklifimizi anlayışla qarşılayacaqlar”.
Abenin reaksiyası isə çox gecikməyib. Yaponiyanın baş naziri bildirib ki, Tokio 1964-cü ildə olimpiadaya ev sahibliyi edən vaxtdan xeyli keçir. "Biz bütün Yaponiyaya olimpiada zövqünü daddırmaq fikrindəyik. Lakin Türkiyə qələbə qazansa, çox güman ki, ilk təbrik edən mən olacağam. Tokio seçiləcəyi halda isə hamıdan birinci sizdən təbrik gözləyəcəyəm”, - deyə Abe bildirib. .
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına İstanbul və Tokiodan başqa, Madrid (İspaniya) də iddialdır.
Qeyd edək ki, qalib şəhərin adı sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə açıqlanacaq.