Messi səfir olacaq

Messi səfir olacaq


İspaniya Olimpiya Komitəsi (İOK) «Barselona» komandasının hücumçusu Leonel Messini Olimpiada-2020-nin səfiri seçmək niyyətindədir. İOK məşhur futbolçunun Madridin namizəd olduğu Olimpiya oyunlarında səfir kimi iştirakçı üçün təklif göndərib. Hələlik argentinalıdan bu təklifə cavab gəlməyib. Bununla belə, İspaniya Olimpiya Komitəsi ümid edir ki, Leonel Messi bu ilin sentyabr ayında Buenos-Ayresə yollanacaq İspaniya heyətində yer alacaq.
Xatırladaq ki, Olimpiada-2020-nin ev sahibinin adı Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən Buenos-Ayresdə açıqlanacaq.