Olimpiadanın bürünc mükafatçısı vətəndaşlıqdan niyə imtina etdi?

Olimpiadanın bürünc mükafatçısı vətəndaşlıqdan niyə imtina etdi?




Rusiyalı üzgüçü Arkadi Vyatçanin ölkə yığmasını tərk edib. Üzgüçülük üzrə Rusiya yığmasında xoşəgəlməz hal yaşanıb: «Son 10 ildə ölkənin ən titulu idmançısı ölkə vətəndaşlığından imtina edib və yığmanı tərk edib. İdmançı bunun səbəbini idman məmurları ilə onun arasında yaşanan konfliktlə və jurnalistlərdən incikliyi ilə izah edib. Arkadii Vyatçanin deyib: «Hesab edirəm ki, bundan sonra bir idmançı kimi Rusiya üzgüçülüyünə heç nə verə bilmərəm. Ölkə Kubokunun final yarışları mənim axırıncı çıxışım idi. Mən şadam ki, 200 m məsafə istisna olmaqla, qalan yarışlarda yaxşı nəticə göstərmişəm. Mən yenə də idmançı kimi fəaliyyət göstərəcəyəm, amma daha Rusiya təmsilçisi kimi yox. Hansı ölkədə çıxış edəcəyimə Yaxın günlərdə qərar verəcəyəm».
Xatırladaq ki, Arkadi Vyatçanin Pekin-2008 Olimpiya Oyunlarının 100 və 200 metr məsafəyə yarışlarda bürünc mükafata layiq görülüb, dəfələrlə Avropa çempionu titulunu alıb.