Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışın vaxtı müəyyənləşib. Millimiz dünya çempionatının hazırlığına iyulun 8-də başlayacaq. Əvvəlcə Bakıda sonra isə Türkiyədə keçiriləcək təlim-məşq toplanışı zamanı yoxlama oyunları da nəzərdə tutulub.
Qeyd edək ki, yığmamız sentyabr-oktyabrda Yaponiyada keçiriləcək mundailda ABŞ, Rusiya, Cənubi Koreya, Tailand və Trinidad Tobaqo ilə birgə C qrupunda mübarizə aparacaq.