Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlıq üçün növbəti təlim-məşq toplanışına iyulun 8-də başlayacaq.
Əvvəlcə Bakıda sonar isə Türkiyədə hazırlıq keçəcək millimizin yoxlama matçları da nəzərdə tutulub.
Qeyd edək ki, yığmamız sentyabr-oktyabrda Yaponiyada keçiriləcək mundailda ABŞ, Rusiya, Cənubi Koreya, Tailand və Trinidad Tobaqo ilə birgə C qrupunda yer alıb.