"Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi” kitabı çap olunub

"Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi” kitabı çap olunub

Əməkdar jurnalist, Fəxri Bədən tərbiyəsi və İdman İşçisi ,"Xalq qəzeti"nin əməkdaşı Oqtay Bayramovun "Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi "adlı yeni kitabı işıq üzü görüb. Kitabda Ümumilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamlardan sonra ölkəmizdə şahmatın sürətli inkişafından, beynəlxalq arenalarda fərdi və kollektiv şəkildə qazanılan uğurlardan bəhs olunur. Həmçinin nəşr məhsulunda ayrı-ayrı qrossmeysterlərimiz haqqında olan məqalələrin də oxucular, xüsusilə şahmatsevərlər üçün maraqlı olacağına inanırıq
Qeyd edək ki, bu, Oqtay Bayramov bundan əvvəl də bir neçə kitabın müəllifi və redaktoru olub.