Çempionumuz 1/16 finaldan başlayacaq

Çempionumuz 1/16 finaldan başlayacaq


Qadın voleybolçular arasında "Çelenc Cup”ın püşkü atılıb və avrokubokdakı yeganə təmsilçimiz "Azərreyl”in rəqibi müəyyənləşib. Mübarizəyə 1/16 finaldan başlayacaq Azərbaycan çempionu ilk qarşılaşmasında "Kayroş” (Portuqaliya) – "Hermes” (Belçika) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun səfərdə, cavab oyunu isə paytaxtda keçirəcək. Matçlar noyabrın 27-29-u və dekabrın 4-6-sı tarixlərində olacaq.