Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalına hazırlıq işləri müzakirə edilib

Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalına hazırlıq işləri müzakirə edilib






İyulun 10-da Azərbaycan Gənclər və İdman Nazirliyində 2019-cu ilin iyul ayında Bakı şəhərində keçiriləcək Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı iclas keçirilib.

"Olimpnews.az" Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Əlaqələndirmə Komissiyasının iclasında gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse prezidenti Çingiz Hüseynzadə, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya MOK-nun baş katibi Corce Visaçki, Əlaqələndirmə Komissyasının üzvü, İslandiya MOK-nun baş katibi xanım Liney Rut Xalldorsdottir və Əlaqələndirmə Komissyasının üzvü, Bosniya və Hersoqovina MOK-nun baş katibi Said Fazlaqiç iştirak ediblər.
Tədbirdə Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Təşkilat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, "Atletlər kəndi”ndəki vəziyyət, MOK-lar arası əlaqələrin qurulması, könüllülərin yarış proqramı və digər, mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.
Məlumat üçün bildirək ki, Bakıda olduqları müddətdə AOK rəsmiləri Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Əl Oyunları Sarayı, "Atletlər kəndi” və bir sıra idman qurğularına baş çəkəcəklər.
Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalı2019-cu il iyulun 20-28-də Bakıda keçiriləcəck. Yarışın açılış mərasiminin iyulun 21-də təşkili planlaşdırırlır. Olimpiya Festivalını izləmək üçün Avropanın 50 ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti ölkəmizdə qonaq olacaq. 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlarda ümumilikdə, 2500-dən çox könüllü iştirak edəcək.