Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən beynəlxalq şahmat festivaldaağ fiqurlarla İsveçrəni təmsil edən Niko Georqiadisə qalib gəlib. İlk turdan sonra Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə birgə liderlər sırasındadı. Şahmatçımız növbəti turda Çexiya təmsilçisi David Navaraya qarşı mübarizə aparacaq.