Məmmədyarov Fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Məmmədyarov Fəxri kürsünün ən yüksək pilləsinə qalxıb


İsveçrənin Bil şəhərində iyulun 21-dən start götürmüş beynəlxalq şahmat turnirinə yekun vurulub. Bil Konqres Mərkəzində baş tutan bağlanış mərasimində qaliblərə mükafatlar təqdim olunub. Fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov qalxıb.