Azərbaycan çempionu "Rabitə”ni yeni mövsümdən braziliyalı Paulo Kokonun çalışdıracağı söylənilir. Braziliyalı mütəxəssislər 46 yaşlı mütəxəssisin Bakı klubu ilə anlaşdığını iddia edirlər. Belə ki, onlar Marçello Abbondanzanın gedişindən sonra boş qalan baş məşqçi postuna Kokonun gətirildiyi barədə məlumat yayıblar. Buna əsasən hazırda qadın voleybolçulardan ibarət Braziliya millisində Çe Robertonun köməkçisi işləyən təcrübəli mütəxəssislə yeni mövsüm üçün razılıq əldə olunub.
Qeyd edək ki, Kokonun təyinatı rəsmiləşərsə, o, "Rabitə”nin tarixində ilk braziliyalı baş məşqçi olacaq.