Qadın voleybolçularımız Xorvatiya yığmasına qalib gəlib

Qadın voleybolçularımız Xorvatiya yığmasına qalib gəlib


Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Sloveniyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Xorvatiya millisi ilə yoldaşlıq görüşü keçirib.
Millimiz rəqibinə hər üç setdə qalib gəlib - 3:0 (25:14, 25:19, 25:16).
Qeyd edək ki, komandamız bu il sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək voleybol üzrə dünya çempionatına hazırlaşır.