Şəhriyar Məmmədyarov ikincidir

Şəhriyar Məmmədyarov ikincidir


ABŞ qrossmeysteri Fabiano Karuana "Grand Chess Tour” seriyasının ABŞ-ın Sent-Luis şəhərində oynanılan üçüncü mərhələsində uğurla başlayıb.
Rapid üzrə keçirilən 6 turdan sonra dünya çempionu adına namizəd amerikalı şahmatçı aktivinə 12 mümkün xaldan (xalların ikiqat hesablanması) 9 xal yazdıraraq turnir cədvəlinə başçılıq edir. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov və daha üç şahmatçı liderdən 2 xal geridədir.
"Grand Chess Tour”un üçüncü mərhələsində iştirakçıların mövqeyi belədir: Fabiano Karuana – 9 xal, Şəhriyar Məmmədyarov, fransız Maksim Vaşye-Laqrav, rusiyalı Sergey Karyakin, amerikalı Hikaru Nakamura hərəyə 7 xal, kubalı Lenyer Dominqes – 6 xal, erməni Levon Aronyan – 5, hindistanlı Vişvanatan Anand, rusiyalı Aleksandr Qrişşuk, amerikalı Uesli Co isə hərəyə 4 xal toplayıblar.
Xatırladaq ki, "Grand Chess Tour 2018”in üçüncü mərhələsi sürətli şahmat və blits formatında aparılır.
Turnirin ümumi mükafat fondu 150 min dollar təşkil edir.