BOK sülhü və qardaşlığı tərənnüm edir

BOK sülhü və qardaşlığı tərənnüm edir


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax ABŞ hökumətinin qərarından narazı qaldığını bildirib.
Qeyd edək ki, BOK bir müddət əvvəl ABŞ-dan Koreya Xalq Demokratik Respublikasına (KXDR) idman avadanlıqlarının göndərilməsi ilə bağlı müraciət emişdi.
Tomas Bax beynəlxalq qurumun rəhbəri kimi Koreya yarımadasında idman vasitəsilə sülhün bərqərar olmasına cəhd edir. BOK prezidenti, həm də KXDR-nın Tokio-2020 Olimpiadasında iştirak etməsini istəyir.
"ABŞ-ın bu qərarı millətindən, dinindən, irqindən və siyasi baxışlarından asılı olmayaraq dünyanın bütün idmançılarını sülh, dostluq və qardaşlıq zəminində yaşamağa çağıran Beynəlxalq Olimpiya Komitəsinə öz missiyasını həyata keçirməkdə mane olur”, - deyə Tomas Bax narazılığını ifadə edib.