Qadın şahmatçılarımız turu qələbə ilə başa vurublar

Qadın şahmatçılarımız turu qələbə ilə başa vurublar


Batumidəki "Expo Arena”da 43-cü Beynəlxalq Şahmat Olimpiadası davam edir.
Olimpnews.azAZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 25-də keçirilən ikinci turda Azərbaycanın qadın şahmatçıları Belçikadan olan idmançıları məğlub edərək turu qələbə ilə başa vurublar.
İdmançılarımız Ülviyə Fətəliyeva rəqibi Annelies Kuvelieri, Günay Məmmədzadə Xanne Qussensi, Zeynəb Məmmədyarova Darya Vanduyfyusu, Gülnar Məmmədova isə Viebke Barbiieri məğlub ediblər.
Kişi şahmatçılarımız bu turda İtaliya komandası ilə qarşılaşıb. Arkadi Naydiç Luka Moroniyə qalib gəlib. Şəhriyar Məmmədyarovun Daniel Vokaturo ilə görüşü heç-heçə yekunlaşıb. Maykl Qoden – Teymur Rəcəbov və Sabino Brunello – Rauf Məmmədov qarşılaşması isə hələ davam edir.