III Avropa Oyunlarına namizədlərin seçimi başlayıb

III Avropa Oyunlarına namizədlərin seçimi başlayıb


Avropa Olimpiya Komitəsi (AOK) 2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına ev sahibliyi ilə bağlı namizədlərin seçim prosesinə başlandığını elan edib. Bu barədə qərar AOK İcraiyyə Komitəsinin İsveçin paytaxtı Stokholmda təşkil olunan iclasında qəbul edilib.
Namizədlər müsabiqədə iştirak etməkdən ötrü sənədləri 2019-cu il fevralın 28l-nə qədər təqdim etməlidirlər. III Avropa Oyunlarına ev sahibliyi edəcək şəhər və ya şəhərlərin adları Minsk-2019 Avropa Oyunları ərəfəsində açıqlanacaq. Bu da yeni təşkilatçıların Belarusda baş tutacaq tədbir zamanı təcrübə toplamalarına imkan yaradacaq.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. Növbəti Oyunlar 2019-cu il iyunun 21-30-da Minskdə təşkil olunacaq.