Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti təyin olunub. Bu barədə FIDE-nin yeni seçilmiş prezidenti Arkadi Dvorkoviç bəyan edib.
Bundan əvvəl A.Dvorkoviç seçkilərdə qalib gələcəyi təqdirdə FIDE rəhbərliyinə daxil olunacaq komandasını təqdim edərək bildirmişdi ki, fransız Başar Kuatli birinci vitse-prezident, azərbaycanlı Mahir Məmmədov və perulu Xulio Ernesto Qranda Suniqa vitse-prezident vəzifələrində çalışacaqlar.