Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.
Kişilərin yarışında Çin, ABŞ və Rusiya komandalarının hesabında 18 xal olub. Əlavə göstəricilərə görə, Çin millisi Olimpiadanın qalibi olub. ABŞ turniri ikinci, Rusiya isə üçüncü pillədə yer alıblar. Azərbaycan yığması olimpiadanı 15-ci yerdə başa vurub.
Qadın şahmatçıların yarışında da çinli zəka sahibləri fərqləniblər. Çin və Ukrayna komandalarının aktivində 18 xal olsa da, Asiya təmsilçisi qızıl medallara sahib olub. Ukrayna şahmatçıları gümüş medalla kifayətləniblər. Gürcüstan millisi 17 xalla üçüncü olub. Azərbaycan şahmatçıları isə olimpiadanı 16 xalla 10-cu yerdə başa vurublar.
44-cü Ümumdünya Şahmat Olimpiadasına 2022-ci ildə Minsk ev sahibliyi edəcək. Bu qərar Gürcüstanın Batumi şəhərində Beynəlxalq Şahmat Federasiyası (FIDE) Baş Assambleyasının iclasında qəbul edilib.