“Bakı Open-2018” şahmat festivalı keçiriləcək

“Bakı Open-2018” şahmat festivalı keçiriləcək


Noyabr ayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr edilmiş "Bakı Open-2018” iki qrup üzrə şahmat festivalına start veriləcək. Noyabrın 23-dən dekabrın 2-dək Novxanı qəsəbəsindəki "Spring” otelinin konfrans zalında, 10 yaşa qədər uşaqlar arasında turnir isə noyabrın 16-dan 25-dək Respublika Şahmat Mərkəzinin binasında keçiriləcək.
Yarışların baş hakimi FİDE-nin beynəlxalq arbitri Nurəli Məmmədzadə olacaq.