Tokio-2020-nin ümumi büdcəsi nə qədərdir?

Tokio-2020-nin ümumi büdcəsi nə qədərdir?

2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının ümumi büdcəsi 12,6 milyard dollar təşkil edir. Bu barədə Təşkilat Komitəsinin rəsmi saytında məlumat verilib.
Tokio-2020 Təşkilat Komitəsinin icraçı direktoru Toşiro Muta onları qarşıda xərclərə qənaət etmək kimi mühüm vəzifənin gözlədiyini deyib.
Hazırda olimpiadaya çəkilən və çəkiləcək xərclərin strukturu aşağıdakı kimidir - Tokio hökuməti-5,6 milyard dollar, Yaponiya hökuməti 1,4 milyard dollar və təşkilat komitəsi - 5,6 milyard dollar. Yapon sponsorlar tərəfindən müqavilə əsasında daxil ediləcək ümumi gəlir isə 3 milyard dollaradək artıb.