Müraciətlərin sayı artır

Müraciətlərin sayı artır



Tokio-2020 Olimpiya Oyunlarında könüllü kimi iştirak etmək üçün 160 min müraciət daxil olub.
Oyunların mətbuat xidmətindən bildiriblər ki, bu, tələb olunandan iki dəfə çoxdur. Əslində bu könüllülərin sayı 80 min nəfər olmalıdır. Onlar Olimpiya Kəndində, idman obyektlərində və digər yerlərdə işləyəcəklər.