Beynalxalq şahmat bəstəçiliyi nəzəriyyəsində

Beynalxalq şahmat bəstəçiliyi nəzəriyyəsində


İMİŞLİ mövzusu (İMİSHLİ theme) !

Şahmat kompozisiyasını maraqlı, gözəl edən, onu bədii dəyərə mindirən əlbəttə mövzulardır. Bütün şahmat məsələ etüdləri mütləq hər hansı bir mövzu üzərində tərtib edilir. Bəstəçilər sanki şahmat fiqurlarını cilovlayaraq onları əvvəlcədən düşünüşlmüş senari üzrə hərəkət etməyə məcbur edirlər. Mövzular olduqca çoxdur və onlar zaman zaman dünyanın müxtəlif ölkələrində yaşayan, şahmatın bu sahəsinə böyük zəhmət və vaxt sərf edən bəstəkarlar tərəfindən tətbiq edilməkdədir. Bu istiqamətdə aparılan işlərdə Azərbaycanlı şahmat bəstəkarlarınında xidmətləri az deyildir. Züleyxa Eyvazova, Rauf Əlövsətzadə, Məcnun Vahidov, İlya Liukumoviç kimi bəstəçilərimiz ötən əsrin 70-80-ci illərində ona yaxın yeni mövzular tətbiq edə bilmişdirlər. Mən bu ənənəni davam etdirməyi qarşıma məqsəd kimi qoyub, bu istiqamətdə axtarışlar aparırdım. İlk dəfə yeniliyə 2012-ci ildə nail ola bildim. Yeni ideyanı «Vəlixanov» mövzusu adlandırdım. Qısa bir müddətdən sonra isə ikinci mövzunu aça bildim və «Qarabağ» mövzusu adlandırdım.



Şahmat kompozisiyasında «Albino» və «Pikeninni» adlı mövzular mövcuddur. Mövzular onları tətbiq edən bəstəçilərin adını daşıyaır. Bu mövzuların şərtinə görə İlkin mövqeyində dayanmış ağ və ya qara piyada dörd mümkün gediş etməlidir. Aydındır ki. Piyada iki vuruq gedişi, daha sonra bir və iki xanaya hərəkət edəcək.
Bu ideyanın həyata keçrilməsi üçün ən azı dörd variant və ya dörd həll olmalıdır. Şərtlərdən göründüyü kimi şahmat oyununda ən zəif hesab edilən piyadaların hərəkətləri gözəl bir ideyanın canlanmasına yol açır. Mən bu ideyanı ən güclü fiqurun (vəzirin) ifasında həyata keçirilməsini təklif edərək dərhal bir neçə məsələ tərtib etdim. Yeni ideyalı məsələlərdən birini 2013-cü ildə Ukraynada yayımlanan, Ukrayna şahmat bəstəçiliyi komisiyasının mətbuat orqanı olan, «Problemist Ukarini» jurnalında dərc etdirdim. İkinci məsələni isə Argentinalı həmkarım M. Garcianın 65 illik yubiley yarışına göndərdim və ideya uğur qazandı!


Birinci diaqramda Pikeninni mövzusu həyata keçrilib. İkinci diaqramdakı məsələdə isə ağ vəzir Albino, qara və vəzir Pikeninni piyadasını yamsılayır. Vəzirin bu dörd mümkün hərəkəti yenilik olaraq «İMİSHLİ theme» adlandırldı. Beləliklə beynalxalq şahmat kompozisiyaı nəzəriyyəsinə üçüncü yeniliyim daxil oldu!!!

Üç dəfə FİDE dünya kubokun qalibi
FİDE olimpiya turnirinin qızıl medalçısı
Beynəlxalq dərəcəli hakim
İdman ustası
Kənan Vəlixanov