Lozanna-2020-nin talismanı bəlli olub

Lozanna-2020-nin talismanı bəlli olub

Lozanna-2020-nin Təşkilat Komitəsi gələcək Oyunların talismanını təqdim edib. Bu, yerli rəssamlıq məktəbinin tələbələrinin yaratdığı Yodli obrazıdır. Yodli İsveçrə dağlarında yaşayan inək, keçi və senbernar cinsli itin əlamətlərini özündə birləşdirən hibrid varlıqdır.
Yeniyetmələrin III Qış Olimpiya Oyunları 2020-ci il İsveçrənin Lozanna şəhərində keçiriləcək. 15-18 yaşlı 1800 idmançı Lozannada səkkiz idman növü üzrə yarışlarda qüvvəsini sınayacaq. Yarışlar İsveçrənin müxtəlif guşələrində və qonşu Fransada keçiriləcək.
Yeri gəlmişkən qeyd edək ki, Yeniyetmələrin IV Qış Olimpiya Oyunları 2024-cü ildə təşkil ediləcək. Bolqarıstan, Rumıniya, İspaniya və Rusiya bu olimpiadaya ev sahibliyi etmək istəyirlər. Olimpiada-2024-ə ev sahibliyi uğrunda mübarizəyə isə 2021-ci ildə start veriləcək.