Qrossmeysterimiz festivala qələbə ilə başladı

Qrossmeysterimiz festivala qələbə ilə başladı


Cəbəllütariqdə şahmat üzrə "Gibraltar International Chess Festival 2019” turnirinin ilk turunun oyunları keçirilib.
Festivalın nüfuzlu "Masters” turnirində ispaniyalı Sabrina Vega Guttierezlə mübarizə aparan Azərbaycan şahmatçısı Arkadi Naydiç ilk qələbəsini qazanıb.
Bu gün turnirin ikinci turunun oyunları keçiriləcək. Şahmatçılarımız növbəti turda İsrail təmsilçiləri ilə mübarizə aparacaqlar. Belə ki, Arkadi Naydiç Yevgeni Zanan, Rauf Məmmədov isə Ariel Erenberq ilə üz-üzə gələcəklər.