Xətai məktəbiləri Vüqar Həşimovun xatirəsinə şahmat turnirində yarışıblar

Xətai məktəbiləri Vüqar Həşimovun xatirəsinə şahmat turnirində yarışıblar


Xətai rayon 254 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Düşünən beyin" adlı layihə çərçivəsində şahmat turniri təşkil edilib. Turnirdə hər birinin tərkibində 5 nəfər olmaqla 16 komanda, ümumilikdə isə 80 nəfər uşaq, yeniyetmə və gənc iştirak edib. Turnirin yekun nəticələrinə görə, I yeri 264 saylı tam orta məktəbin komandası tutub. II və III yerlərə isə müvafiq olaraq 261 və 254 saylı tam orta məktəbin komandaları layiq görülüb.
Mükafatalayiq yerləri tutmuş komandalar diplom və kubokla, digər iştirakçılar isə sertifikatla mükafatlandırılıblar.