Üç şahmatçımız Qran-Pri seriyasının Moskva mərhələsində iştirak edəcək

Üç şahmatçımız Qran-Pri seriyasının Moskva mərhələsində iştirak edəcək


Beynəlxalq Şahmat Federasiyasının 2019-cu ildəki Qran-Pri seriyasının Moskva mərhələsi mayın 16-dan 30-dək Mixail Botvinnik adına Mərkəzi Şahmat Evində keçiriləcək.
Dörd mərhələdən ibarət "Qran-Pri 2019” seriyasının yarışlarına Rusiya ilə yanaşı, Latviya, Almaniya və İsrail də ev sahibliyi edəcək.
Nüfuzlu turnirdə dünyanın ən güclü 20 şahmatçısı yarışacaq. Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da Qran-Pridə mübarizə aparacaqlar.
FİDE-nin 12 nəfərlik ehtiyat şahmatçılar siyahısında Azərbaycan təmsilçisi Arkadi Naydiçin də adı var.