Olimpiya çempionu böyük idmanla vidalaşır

Olimpiya çempionu böyük idmanla vidalaşır


Vankuver-2010 Qış olimpiya oyunlarının qalibi Lidsi Vonn karyerasını bitirmək üzrədir. Dağ xizəyi üzrə ikiqat dünya çempionatının və dördqat Avropa kubokunun qalibi bu barədə özünün rəsmi «İnstaqram» səhifəsində məlumat verib. 36 yaşlı xanım idmançının bu açıqlaması onun pərəstişkarlarını çox məyus edib. Lindsi Von isə öz növbəsində bu barədə bildirib: «İdmansız özümü təssəvür etmirəm. Lakin hər şey idmanla tamamlanmır. Artıq bütün diqqətimi öz şəxsi həyatıma yönəltməliyəm. Hesab edirəm ki, bu, ən yaxşı seçimdir. Bütün pərəstişkarlarıma isə öz minnətdarlığımı bildirirəm».