Şahmatçılar Olimpiada iştirak edə bilər

Şahmatçılar Olimpiada iştirak edə bilər


Şahmatın 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarının proqramına salınması ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iyunun 24-dən 26-dək Lozannada keçiriləcək sessiyasında qəbul edilə bilər.
Fransa Şahmat Federasiyası bununla bağlı ərizə ilə Olimpiadanın Təşkilat Komitəsinə müraciət edib. Təşkilat Komitəsi ərizəni dəstəkləsə bununla bağlı sənədlər BOK-a göndəriləcək.
Qeyd edək ki, şahmat Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınsa da indiyədək heç zaman Olimpiya Oyunlarının proqramında olmayıb.
Xatırladaq ki, 2024-cü il Yay Olimpiya Oyunlarına Paris ev sahibliyi edəcək. İyulun 26-dan avqustun 11-dək Olimpiya, avqustun 28-dən sentyabrın 8-dək isə Paralimpiya Oyunları keçiriləcək.