6 şahmatçımız Astanaya yola düşəcək

6 şahmatçımız Astanaya yola düşəcək


Martın 5-də Astanada start götürəcək komandalararası dünya çempionatında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Dünya çempionatında kapitan Cahangir Ağarəhimovun rəhbərliyi ilə Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov mübarizə aparacaqlar.
Qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FİDE Qran-prilərinə hazırlıqla əlaqədar bu yarışa yollanmayacaqlar.
Qeyd edək ki, çempionata ABŞ, Rusiya, Çin, İran, Misir, Polşa, Böyük Britaniya, Qazaxıstan və Hindistan komandaları da iştirak edəcəklər.
Doqquz turdan ibarət dünya çempionatına martın 14-də yekun vurulacaq.