"ShamkirChess"in vaxtı müəyyənləşib

"ShamkirChess"in vaxtı müəyyənləşib


Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturniri bu il də keçiriləcək. İlk tur martın 31-də nəzərdə tutulub.
Qeyd edək ki, "ShamkirChess" 2014-cü ildən keçirilir. Əvvəlki 5 superturnirdən 3-də qalib adını dünya çempionu Maqnus Karlsen, qalan 2-də Şəhriyar Məmmədyarov qazanıb.