Sablyaçımız Avropa çempionatında yaxşı nəticə göstərib

Sablyaçımız Avropa çempionatında yaxşı nəticə göstərib




Zaqrebdə qılıncoynatma üzrə Avropa çempionatı keçirilir. Qadınlar arasında fərdi sablya yarışlarında Azərbaycanı təmsil edən Səbinə Mikina 19-cu yeri tutmaqla ən yaxşı nəticəni göstərib.
1/16 finala qədər irəliləyən Səbinə Mikina fransız Sesilia Berderə 9:15 hesabı ilə məğlub olub. Digər sablyaçılarımız Sevinc Buniyatova 38-ci, Sevil Buniyatova 40-cı, Aida Ələsgərova isə 42-ci nəticəni göstəriblər.