Pauerliftinqçilərimiz Avropa çempionatından 11 qızıl medalla qayıdıblar

Pauerliftinqçilərimiz Avropa çempionatından 11 qızıl medalla qayıdıblar



Portuqaliyanın Porto şəhərində pauerliftinq idman növü üzrə Avropa çempionatı keçirilib. Turnirdə Azərbaycanı təmsil edən idmançılarımızdan Günel Talibova (52 kq), Müşfiq Əliyev (75kq , təchizatsız), Rüstəm Musayev (75 kq, təchizatla), Günduz Məmmədov (90 kq, təchizatsız), Balı Hacıyev (90 kq, təchizatla), Hafiz Verdiyev (100 kq, təchizatla) və Rüfət Ağayev (125 kq, təchizatla) Avropa çempionu adını qazanıblar. Vüsal Mərdanov (110 kq, təchizatsız) gümüş, Azər Əliyev (100 kq, təchizatsız) bürünc medala sahib çıxıblar.

Dedlift üzrə yarışlarda isə Bəxtiyar Quliyev (125 kq) qızıl medal əldə edib.

Benç-press hərəkətində Ramin Rzayev (75kq), Namiq Nuruyev (90 kq), İbrahim İbrahimov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Namiq Cəfərov (90 kq), Mustafa Əhmədov (100 kq) gümüş, Asəf Ələkbərov (90 kq) isə bürünc medal qazanıb.

Ümumilikdə, pauerliftinq idman növü üzrə Azərbaycan yığma komandası vətənə 11 qızıl, 3 gümüş və 2 bürünc medalla qayıdıb.