Liqa yarışlarının qalibi məlumdur

Liqa yarışlarının qalibi məlumdur

"Taleh A.T” komandası kişi voleybolçular arasında Azərbaycan çempionatının Birinci Liqa yarışlarının qalibi olub.
Martın 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında keçirilən final oyununda "Express” və "Taleh A.T” komandaları üz-üzə gəliblər.
Ardıcıl iki setdə "Taleh A.T” komandası 25:21 hesabı ilə üstün olub. Əzmkarlıq nümayiş etdirən "Express” üçüncü və dördüncü seti öz xeyrinə başa vurub – 28:26, 25:15. Oyunun qalibi tay-brekdə müəyyənləşib. "Taleh A.T” sonuncu hissədə meydanı qalib tərk edib - 15:12.
Beləliklə, görüşdə "Taleh A.T” komandası 3:2 hesabı ilə qalib gəlib.
"Sumqayıt” komandası isə yarışın bürünc medalına sahib olub.
Qarşılaşmalar başa çatdıqdan sonra mükafatlandırma mərasimi baş tutub.
Qeyd edək ki, Birinci Liqa yarışlarında 9 komanda qalib adı uğrunda mübarizə aparıb.