Gənc şahmatçılar üçün ustad dərsləri

Gənc şahmatçılar üçün ustad dərsləri


Vüqar Həşimov adına Şahmat Akademiyasının müəllimi, Əməkdar məşqçi Anar Allahverdiyev uşaqlar üçün təşkil olunan seans məşğələsində iştirak edib.
Məşqçi, eyni anda 20-dək gənc şahmatçı ilə seans oyunu keçirib və oyun ərzində uşaqlara faydalı məsləhətlərini verib.
Mütəmadi olaraq bu tipli tədbirlər təşkil edən şahmat akademiyası ölkədə gənc şahmatçıların yetişdirilməsi və ümumiyyətlə şahmat idman növünün kütləviləşməsinə öz töhfəsini verir.