Martın 8-də Vüqar Həşimov adına Şahmat Akademiyasında "Bahar” beynəlxalq şahmat festivalı start götürəcək. İsveçrə sistemi üzrə keçiriləcək yarış doqquz turdan ibarət olacaq. Yarışda yaş və dərəcə məhdudiyyəti yoxdur. Nəticələr beynəlxalq reytinqin hesablanması üçün FIDE-yə, milli reytinqin hesablanması üçün isə Azərbaycan Şahmat Federasiyasına göndəriləcək.
Yarışda şahmatçılar 1-ci, 2-ci və 3-cü dərəcə normalarını da yığa biləcəklər.
Turnirə martın 16-da yekun vurulacaq.