Komandamızdan ilk qələbə

Komandamızdan ilk qələbə
Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında Azərbaycan yığması ilk qələbəsini qazanıb. Beşinci turda Azərbaycan komandası ABŞ yığmasını 3:1 hesabı ilə məğlub edib. Qələbə xallarını yığmamızın aktivinə Arkadi Naydiç və Nicat Abbasov yazdırıblar. Rauf Məmmədov və Qədir Hüseynov isə heç-heçə ilə kifayətləniblər.