Müzakirələr iyunda davam etdiriləcək

Müzakirələr iyunda davam etdiriləcək


Boksun Tokio Olimpiadasının proqramında saxlanılması məsələsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iyunda keçiriləcək iclasında müzakirə olunacaq. Bunu BOK-un kommunikasiya üzrə direktoru Mark Adams jurnalistlərə bildirib.
Qeyd edək ki, Lozannada BOK-un növbəti iclası keçirilir. Toplantıda bir sıra qərarların qəbul ediləcəyi bildirilsə də, boksun Olimpiya Oyunlarının proqramında qalıb-qalmaması barədə qərar iyunda keçiriləcək iclasda qəbul olunacaq.
BOK bundan əvvəl Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) ilə bağlı istintaqın tamamlanmasına qədər Tokio Olimpiadasında boks yarışlarının keçirilməsi planını "dondurub”. BOK, həmçinin bu federasiyanın maliyyələşdirilməsi, bilet satışı, təsnifat sisteminin təsdiqi və tətbiqi, sınaq tədbirləri və yarışların yekun qrafikinin hazırlanması üzrə prosesləri dayandırıb. AIBA-ya Olimpiya obyektləri, rəmzləri və reklam materiallarından istifadə etmək də qadağan olunub.