BOK-a prezident seçkiləri 2021-ci ildə olacaq

BOK-a prezident seçkiləri 2021-ci ildə olacaq


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax yeni müddət üçün beynəlxalq quruma namizədliyini vermək barədə hələ qərara gəlməyib. Bu barədə BOK-un Lozannada keçirilən iclasında təşkilatın rəsmi nümayəndəsi Kristian Klaye məlumat verib.
Məlumat üçün bildirək ki, president seçkiləri 2021-ci ildə BOK-un Afina şəhərində keçirilən 137-ci sessiyasında keçiriləcək.
65 yaşlı Tomas Bax 2013-cü ildən BOK-a rəhbərlik edir.