Avarçəkənlərimiz Dünya kubokunu uğurla başa vurdular

Avarçəkənlərimiz Dünya kubokunu uğurla başa vurdular




Böyük Britaniyanın paytaxtı Londondakı "Eton Dorney” Mərkəzində təşkil edilən akademik avarçəkmə üzrə Dünya kuboku başa çatıb.
Azərbaycanlı idmançılar arasında ən yaxşı nəticəni Aleksandr Aleksandrov və Boris Yotov dueti göstərib. İdmançılarımız 6 dəq, 53 saniyə ilə 4-cü yeri tutublar.
Azərbaycanı təmsil edən digər cütlük - İqor Lyuçiç və Luka Corceviç isə 42,11 saniyəlik nəticə ilə 6-cı olub.
Xatırladaq ki, akademik avarçəkmə üzrə Dünya kubokuna iyunun 21-də start verilmişdi.