Məşhur şahmatçılar futbol oynadılar

Məşhur şahmatçılar futbol oynadılar
 
Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019” superturnirinin istirahət günündə ənənəvi futbol yarışı keçirilib. Turnirdə dörd komanda - Arkadi Dvorkoviçin kapitanı olduğu FIDE, Faiq Həsənovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası, eyni zamanda, "Şahmatçılar” və "Təşkilatçılar" komandaları iştirak edib.
Dairəvi sistem üzrə keçirilən yarışın qalibi "Təşkilatçılar" komandası olub. İkinci yeri Maqnus Karlsenin çıxış etdiyi "Şahmatçılar" komandası tutub.
"Shamkir Chess 2019” turnirində ənənəvi olaraq istirahət günlərində futbol yarışı keçirilir.