Xorvatiya millisinin sabiq ulduzu Nataşa Osmokroviç karyerasını başa vurub. Son mövsümü Moskva "Dinamo”sunda keçirən 37 yaşlı voleybolçu artıq şəxsi işlərinə vaxt ayırmağın zamanı çatdığını bildirib. Onun sözlərinə görə, idmançı karyerasını başa vurduqdan sonra vaxtını ailəsinə sərf edəcək.
Qeyd edək ki, Osmokroviç Rusiya təmsilçisinə "Rabitə” klubundan transfer edilib. O, Bakı klubu ilə Azərbaycan və dünya çempionu adına layiq görülüb.