CAS Vitali Mutkonun şikayətinə iyunda baxacaq

CAS Vitali Mutkonun şikayətinə iyunda baxacaq


Beynəlxalq Arbitraj Məhkəməsi (CAS) Rusiya Federasiyası baş nazirinin müavini Vitali Mutkonun appelyasiya şikayətinə iyunun 20-dək baxacaq.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) WADA-nın araşdırmasına əsasən Mutkonu ömürlük olaraq Olimpiya Oyunlarından uzaqlaşdırılması barədə qərar verib. Rusiyalı məmurun dopinq qalmaqalında əli olmadığı müəyyən olunsa da, cavabdeh şəxs kimi cəzalandırılıb.
Vladimir Mutko bu qərardan narazı olduğunu CAS-a appelyasiya şikayəti verməklə bildirib.
Məlumat üçün bildirək ki, rusiyalı məmur Pxençxan-2018 Qış Olimpiadası dövründə ölkəsinin idman, turizm və gənclər nazirinin müavini olub.