Xəbər verdiyimiz kimi, qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanda Nursultan Nazarbayevin şərəfinə keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Yarışa bir neçə gün qalmış qaydalarda dəyişiklik edilib. Belə ki, yarış qrup deyil, dairəvi sistemlə keçiriləcək.
Komandamız birinci oyun günündə Çinin "Lyaonin”, ikinci oyun günündə isə Qazaxıstanın ikinci komandası ilə üz-üzə gələcək. Üçüncü oyun günündə isə yığmamız Qazaxıstanın əsas komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Növbəti gün komandalar istirahət edəcəklər. Təmsilçilərimiz növbəti oyun günündə "Uraloçka” (Rusiya) komandasına qalib gəlmək üçün əlindən gələni əsirgəməyəcək. Sonuncu oyun günündə isə voleybolçularımız Belarus millisinə qarşı mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış qaydalarında dəyişiklik edilməsinə ABŞ-ın tələbələrdən ibarət millisinin yarışda iştirak etməməsi səbəb olub. Nəticədə turnirin təqvimi belə müəyyənləşib.
24 iyun
14:00. Qazaxıstan-2 - "Uraloçka”
(Rusiya)
16:00. Azərbaycan - "Lyaonin” (Çin)
18:00. Açılış mərasimi
18:00. Qazaxıstan - Belarus
25 iyun
15:00. Qazaxıstan-2 - Azərbaycan
17:00. Belarus - "Lyaonin” (Çin)
19:00. Qazaxıstan - "Uraloçka” (Rusiya)
26 iyun
15:00. "Lyaonin” (Çin) - Qazaxıstan-2
17:00. "Uraloçka” (Rusiya) - Belarus
19:00. Azərbaycan - Qazaxıstan
27 iyun
İstirahət günü
28 iyun
15:00. Belarus - Qazaxıstan-2
17:00. "Uraloçka” (Rusiya) - Azərbaycan
19:00. Qazaxıstan - "Lyaonin” (Çin)
29 iyun
14:00. Azərbaycan - Belarus
16:00. "Lyaonin” (Çin) - "Uraloçka”
(Rusiya)
18:00. Qazaxıstan-2 - Qazaxıstan
19:30. Mükafatlandırma