Komandalarımız öz rəqiblərinin adlarını gözləyirlər

Komandalarımız öz rəqiblərinin adlarını gözləyirlər

Qadın voleybolçular arasında Çempionlar Liqası iştirakçılarının yer aldığı səbətlər açıqlanıb. "Vakıfbank”, "Əczaçıbaşı”, "Qalatasaray” (hər üçü Türkiyə), "Dinamo” (Kazan), "Dinamo” (Moskva), "Omiçka” (hər üçü Rusiya) birinci səbətdə yer alıblar.

"Atom”, "Tauron” (hər ikisi Polşa), "Kann”, "Beziers” (hər ikisi Fransa), "Pyaçentsa”, "Konegliano” (hər ikisi İtaliya) komandaları isə ikinci səbətdə qərarlaşıblar. "Rabitə” və "Azəryol” (hər ikisi Azərbaycan) "Stiinta”, "Dinamo-Romprest” (hər ikisi Rumıniya), "Srvena Zvezda” (Serbiya), "Şveriner” (Almaniya) komandaları ilə birlikdə üçüncü səbətdə yer alıblar. Digər təmsilçimiz "İqtisadçı” isə güzəştli kart ("wild card”) vasitəsilə ÇL-də iştirak etmək hüququ qazanan komandalarla birlikdə sonuncu səbətdə öz rəqiblərinin adlarını gözləyir.
Məlumat üçün bildirək ki, səbətləri müəyyənləşdirərkən klubların reytinqi deyil, ölkənin reytinqi əsas götürülüb. Bundan əlavə, eyni səbətlərdə yer alan komandalar bir-birlərinə rəqib də ola bilərlər. Püşkatma mərasimi isə iyunun 28-də keçiriləcək.

I səbət
"Vakıfbank”, "Əczaçıbaşı”, "Qalatasaray” (hər üçü Türkiyə), "Dinamo” (Kazan), "Dinamo” (Moskva), "Omiçka” (hər üçü Rusiya)

II səbət
"Atom”, "Tauron” (hər ikisi Polşa), "Kann”, "Beziers” (hər ikisi Fransa), "Pyaçentsa”, "Konegliano” (hər ikisi İtaliya)

III səbət
"Rabitə”, "Azəryol” (hər ikisi Azərbaycan), "Stiinta”, "Dinamo-Romprest” (hər ikisi Rumıniya), "Srvena Zvezda” (Serbiya), "Şveriner” (Almaniya)

IV səbət
"Volero” (İsveçrə), "Agel” (Çexiya), "Gent” (Belçika), "Yamamay” (İtaliya), "İqtisadçı” (Azərbaycan), "Dresdner” (Almaniya)

Qeyd edək ki, analoji yarışın son mövsümündə Azərbaycan çempionu "Rabitə” gümüş medal qazandığı halda, "Azəryol” ("Azərreyl”) pley-offda uduzmuşdu. "İqtisadçı” isə Çempionlar Liqasının debütantıdır.