Naxçıvanda sahmat bayramı

Naxçıvanda sahmat bayramı


Mayın 1-də Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən "Naxçıvan open-2019” Beynəlxalq Şahmat Festivalına start verilib.
Festival çərçivəsində "A” (2250-dən yuxarı reytinqli şahmatçılar), "B” (2250-dən aşağı) və "C” (uşaqlar) turnirləri təşkil ediləcək.
Festivalda 14 ölkədən 354 şahmatçının iştirak edir.
Mayın 10-dək davam edəcək festival çərçivəsində bir-birindən maraqlı tədbirlər keçiriləcək.